- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Moskva, 2 may, AZƏRTAC
Mayın 9-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda 1941-1945-ci illərdə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həmin gün pavilyonda "Faşizm üzərində qələbədə Azərbaycan SSR-in rolu” adlı fotosərgi açılacaq, qonaqlar arxa cəbhədəki əməyi və şücaətləri ilə Qələbə gününü yaxınlaşdıran Azərbaycanın oğul və qızları haqqında məlumat əldə edəcək, görkəmli Azərbaycan həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçıların və tanınmış hərbi rəhbərlərin həyat hekayələrini eşidəcəklər.
Gün ərzində XTNS pavilyonunun mərkəzi salonunda sovet, habelə müharibə qəhrəmanlarının cəsurluğundan bəhs edən müasir sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.