AZ

“Azərbaycanın tələblərindən birini Moskva irəli sürsəydi Rusiya səfirliyinə hücum edərdiz…” – Kiviryan

“Nikol Paşinyan hələ də başa düşməyib ki, Alma-Ata bəyannaməsinin icrasının qarantı Qərb deyil, Rusiyadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.

O, bildirib ki, bu gün Ermənistan birtərəfli güzəştlərə gedir.

“Ermənistan Paşinyanın dediyi kimi sərhəd belə almayıb. Bu sütunlar sərhəd deyil. Baş verənlər sərhədləşdirmə yox, birtərəfli güzəştdir. Ermənistan cəmiyyəti bu tələbi yerinə yetirdikdən sonra qalan tələbləri, o cümlədən gerblə bağlı tələbləri gözləməlidir”, – deyə Kiviryan bildirib.

o qeyd edib ki, Rusiya regiona qayıtmalı olduqda, Ermənistan hakimiyyətinin istəyindən asılı olmayaraq geri qayıdacaq:

Təsəvvür edirsinizmi, Azərbaycanın irəli sürdüyü 8-9 tələbdən heç olmasa birini Moskva irəli sürsəydi, Ermənistan hakimiyyəti nə qədər hay-küy salardı? Çox güman ki, Rusiya səfirliyinə hücum edəcəkdilər”, – Kiviryan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla