AZ

Evdən qaçan pişi 12 ildən sonra geri qayıtdı

İngiltərədə pişik evdən yoxa çıxıb və 12 il sonra tapılıb.

HİT.az xəbər verir ki, bu barədə "Independent" yazıb. 

Məlum olub ki, bütün bu müddət ərzində heyvan evdən bir neçə kilometr aralıda olub.

Mediada yayılan məlumata görə, Finn adlı pişik 2011-ci ildə yoxa çıxanda iki yaşında idi. Ev heyvanının sahibi Mişel Uotkin bütün ərazini gəzsə də, onu tapa bilməyib. Hətta dirəklərə vurulan itkin haqqında bildirişlər və qonşulardan soruşmaq da kömək etməyib.

12 ildən sonra qadın baytarlıq klinikasından zəng edib və Finni evdən bir neçə kilometr aralıda tapdıqlarını bildirib. Pişiyin mikroçipi olub. Ona görə də sahiblərinin əlaqə məlumatlarını öyrənmək həkimlər üçün çətin olmayıb.

"Onun qayıtmasına çox şadam", deyə Mişel Uotkin bildirib.

Qadının sözlərinə görə, bu qədər il küçədə qaldıqdan sonra pişik vəhşiləşib. 

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
19
Mənbələr
Şərh ()
Bağla