AZ

“Rauf Əliyev qol vurmadı, amma...”

Ölkəmizin minifutbol yığması Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub. Komanda həlledici oyunda son dünya çempionu Rumınyaya 5:4 hesabıyla qalib gələrək mükafatı qazanıb. Millinin üzvləri fərdi mükfata da sahib olub. Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə isə ən yaxşı futbolçusu adına layiq görülüb. Turnir haqda ətraflı məlumat əldə etmək üçün millinin baş məşqçisi Elşad Qarayevə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Yarışda 4 komanda iştirak edirdi. Rumıniya, Azərbaycan, Monteneqro, Bosniya və Hersoqovina. Qrupda 1-2-ci yeri tutanlar bir-biri, 3-4-cü yeri tutanlar isə öz arasında oynayırdı. Buna görə də biz finalda Rumıniya ilə qarşılaşdıq və qalib gəldik. 3-cü yerə də Monteneqro çıxdı. Milliyə yeni cəlb etdiyimiz Rauf Əliyev də oyunlarda iştirak etdi. Düzdü, qol vurmadı, amma yaxşı çıxış etdi. Ümumilikdə bütün oyunçularımdan razı qaldım”.


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla