AZ

Paşinyan və Mirzoyan Azərbaycana münasibətdə fərqli sözlər danışdılar...

Image

Tofiq Abbasov: “Bu sübut edir ki, onlar birbaşa Qərbin tapşırıqlarını yerinə yetirirlər”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir daha gileylənib ki, Azərbaycan ikitərəfli sülh müqaviləsində Ermənistanın sərhədlərini tanımağa həvəsli görünmür.

Bu bəyanat baş nazir Nikol Paşinyanın ötən həftə verdiyi bəyanatla ziddiyyət təşkil edir. Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına dair razılaşma əldə etməklə bir-birinin ərazi bütövlüyünü imzaları ilə təsdiqləyiblər.

Ararat Mirzoyan deyib ki, yenicə müstəqil olmuş keçmiş sovet respublikaları 1991-ci ildə Almatı Bəyənnaməsini imzalayıblar.

Nazirin sözlərinə görə, İrəvan iki ölkə arasında mümkün sülh müqaviləsində bu sənədə istinad olunmasını istəyir. Mirzoyan əlavə edib ki, Bakı buna qarşı olmaqda (?) davam edir. 

Ermənistan rəsmiləri arasındakı bir-biri ilə uzlaşmayan bu ritorika nədən xəbər verir?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan rəhbərləri bir-birini təkzib edən açıqlamalarla əvvəl də çıxış ediblər: ”Bu, Ermənistan hakimiyyətinin daxilində olan ziddiyyətdən xəbər verir. Mirzoyan və təhlükəsizlik şurasının sədri olan Ararat Mirzoyan latent, yəni üstü bağlı qərbpərəstlərdir. Onlara lazım olan bölgədəki gərginlikdir. Bu tapşırığı onlar Qərb dairələrindən alırlar. Bəli, Paşinyan ola bilsin ki, nədəsə onlarla həmrəydir.   Əslində, Paşinyan “qırmızı xətt” sayılan məsələlərdən uzaq qalmağa çalışır. Mirzoyan və Qriqoryan isə tez-tez Azərbaycanın ünvanına hədyanlar yağdırır. Bu sübut edir ki, onlar birbaşa Qərbin tapşırıqlarını yerinə yetirirlər. Qərb bir yandan Azərbaycanla Ermənistanı toqquşdurur ki, bölgəyə yenidən müharibə ab-havası gətirsin. Digər tərəfdən isə Gürcüstanı qarışdırır. Heç kəsə sirr deyil ki, oradakı prezident Salome Zurabaşvili Qərbin casusudur. Çalışır ki, Gürcüstanı bütövlüklə Qərbin təsir dairəsinə salsın. Məhz buna görə də həmin ölkədəki gərginlik  fövqə qalxıb. Hesab edirəm ki, Bdzina İvanaşvili son dərəcə sağlam mövqe tutur. O başa düşür ki, Gürcüstan Qərbin təsiri altına düşsə ölkənin gələcəyi qeyri-müəyyən olacaq. Gürcüstan bunu 2008-ci ildə görüb. Ukrayna və Moldovanın aqibəti göstərir ki, Qərb həmin ölkələri ancaq Rusiyaya qarşı qaldırmaqla məşğul olur. Vəziyyət gərginləşəndə isə qaçıb gizlənir. Ukrayna buna nümunədir.  Ermənistanın daxilində yer almış Qərb casusları da öz dağıdıcı işlərindən geri qalmırlar. Çalışırlar ki, nəyin bahasına olursa-olsun, sülh müqaviləsinin imzalamasına mane olsunlar.   Ermənistan hərbçilərinin də sıralarında qərbpərəstlər var. Onların Tavuş kimi adlandıqları bölgədə keçirilən etiraz aksiyalarına hərbçilər qoşuldu. Digər tərəfdən isə kilsənin dağıdıcı fəaliyyətini görürük. Kilsə müraciət edir ki, ermənilər müharibəyə qalxsın. Bunların hamısı bizim nəzərimizdədir. Bu proseslərdə bizim mövqeyimiz stabil qalacaq. Həm sülh sazişini imzalayacağıq, həm də Zəngəzur dəhlizinin açılmasına nail olacağıq. Hansı erməni rəsmisinin nə deməsindən asılı olmayaraq”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
58
Mənbələr
Şərh ()
Bağla