AZ

Türkiyədə son 8 ildə ilk: Ərdoğan Özəllə görüşdü - Saatyarımda nələr müzakirə olunub?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə 8 ildən sonra ilk dəfə görüşüb.

Müsavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə yeni konstitusiya ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunur ki, görüş hakim Ədalət və İnkişaf Partiyasının qərargahında baş tutub və saat yarım davam edib.

CHP mənbələri Ərdoğanla Özəl arasındakı görüşün müsbət və məhsuldar keçdiyini bildirib. Mənbələr, görünür, problemlərin həllində irəliləyiş əldə oluna biləcəyini deyiblər.

Əldə edilən məlumata görə, hər iki partiyanın lideri bir-birinə hədiyyələr də təqdim ediblər.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla