AZ

ABŞ Ukrayna ilə uzunmüddətli təhlükəsizlik sazişləri üzərində işləyir

Amerika Birləşmiş Ştatları Kiyev hakimiyyəti ilə uzunmüddətli təhlükəsizlik sazişləri üzrə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyin təmin edilməsi yolları və uzunmüddətli təhlükəsizlik müqavilələri üzərində işləyirik. Bu danışıqlar davam edir”, - deyə o vurğulayıb.

Diplomat danışıqların gedişi ilə bağlı əlavə məlumat verməkdən imtina edib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndələri təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş üzərində iş çərçivəsində yaxın 10 il ərzində Kiyevə hərbi, maliyyə və digər dəstəyin həcmi ilə bağlı danışıqlar aparırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq