AZ

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunu artıracaq - Samir Şərifov

Tbilisi. Trend:

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunuartıracaq.

Trend xəbər verirki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri SamirŞərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısıçərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa ƏlaqələriDəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-AsiyaBağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panelmüzakirəsində çıxışında deyib.

S.Şərifov hazırda Azərbaycanın nəqliyyat-tranzit gündəliyindəyer alan əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzurİqtisadi Rayonunu Naxçıvan Muxtar Respublikasına və oradan daTürkiyənin Qars bölgəsinə birləşdirən nəqliyyatkommunikasiyalarının yaradılması olduğunu bildirib və əlavə edibki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyatarteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir vəregion ölkələrinin tranzit potensialının tam şəkildəreallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyatakeçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərinidaha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regionadavamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarətivə əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasınakömək edəcək”.

Seçilən
61
4
Mənbələr
Şərh ()
Bağla