AZ

Türkiyə Qara dənizin təhlükəsizliyini qorumaq üçün səylərini davam etdirəcək

Ukraynada münaqişə başlayandan sonra Türkiyə Qara dəniz hövzəsində sabitliyin və sakitliyin qorunması üçün səylər göstərir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​məlumat verib.

"Biz ilkin olaraq Qara dəniz hövzəsində sabitliyi təmin etmək üçün səylər göstəririk. Türkiyə Montrö Konvensiyasına ciddi şəkildə əməl edir", - Gülər qeyd edib. 

Türkiyə dəfələrlə bəyan edib ki, 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına ciddi əməl edir və onun 19-cu maddəsinə əsaslanaraq müharibənin başlaması ilə boğazları (Bosfor və Çanaqqala) döyüş gəmilərinin keçidinə bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla