AZ

PSJ futbolçuları ÇL-də “Borussiya”ya məğlubiyyəti şərh etdilər

PSJ-nin futbolçularından bir neçəsi Çempionlar Liqasının ilk yarımfinal oyununda Dortmund “Borussiya”sına məğlubiyyəti (0:1) şərh edib.

Arena.az müvafiq xüsusda fikirləri diqqətinizə çatdırır:

Fransa nəhənginin kapitanı, braziliyalı mərkəz müdafiəçisi Markinyos oyunun şərhinə dair bunları deyib:

“Biz bunu əvvəllər də etmişik, bunu bacardığımızı göstərmişik. Evdə hər şey fərqli ola bilər! “Park de Prens”, azarkeşlər, biz daha yaxşısını edə biləcəyimizi bilirik. Sadəcə, həm müdafiədə, həm də hücumda daha qətiyyətli olmaq gərəkdir”, – “Canal+” Markinyosdan sitat gətirir.

Paris təmsilçisinin mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi isə Dortmunddakı məğlubiyəyətə bir neçə səbəb göstərib:

“Nəticədən çox üzüldük. Bu nəticənin səbəbi nədir? İkinci hissədə imkanları əldən verdik. “Borussiya”nın uzun toplarla oynayacağını bilirdik. Biz oyunun bu tərəfinə çox diqqət yetirmişdik, məşqçi bunu bütün həftə təkrarlayıb. Amma bu, kifayət etmədi. Bütün oyunda üstünlüyə malik idik…

İndi istirahət edib cavab oyunu haqda düşünək. Stadionumuzda azarkeşlərin olduğu evdə hər şey başqa cür olacaq. Bu, mütləqdir. Cavab oyununda hər şeyin yoluna düşəcəyinə tam əmin olacağıq”, – “Canal+” Hakimidən sitat gətirir.

Parislilərin fransalı ulduzu, hücumçu Kilian Mbappe isə qısaca fikir bildirməklə kifayətlənib:

“Yalnız vaxtın yarısı. Sonrakı – Parisdir”, deyə Mbappe hər şeyin cavab oyununda həllini tapacağını vurğulayıb.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Borussiya”nı mayın 7-də Parisdə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla