AZ

"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək

"Fələstin bayrağını və ya siyasi şüarı olan plakatları keçirməyə cəhd edənlər girişdə mühafizəçilər tərəfindən saxlanılacaq..."
 
"Mahnı müsabiqəsinin keçirildiyi müddətdə Malmedə İsrail əleyhinə genişmiqyaslı etirazların keçiriləcəyi gözlənilir..."
 
İsveçdə Avropanın populyar "Avroviziya-2024" mahnı müsabiqəsinin təşkilatçıları festivalın keçiriləcəyi "Malme-Arena" İdman-Əyləncə Kompleksi daxilində Fələstin bayraqları, müvafiq siyasi şüarlar və Fələstinin digər rəmzlərini qadağan edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının İsveç nümayəndəliyinin direktoru Martin Osterdala istinadən İsveçin "Qeteborq Posten" qəzeti yazıb.
 
Fələstin bayrağını və ya siyasi şüarı olan plakat keçirməyə cəhd edən istənilən şəxs girişdə mühafizəçilər tərəfindən saxlanılacaq, Martin vəd edib.
 
Zala yalnız iştirakçı ölkələrin, həm də çox böyük olmayan bayraqlarını gətirmək olar.  
 
Bu qaydadan yeganə istisna LGBT-nin, əgər "siyasi məqsədlərlə istifadə edilməzsə", əlvan bayrağı olacaq.
 
Malmedə müsabiqənin keçirildiyi müddətdə İsrail əleyhinə genişmiqyaslı etirazların keçiriləcəyi gözlənilir. Şəhərdə təhlükəsizlik İsveç polisinin gücləndirilmiş növbələri, habelə Norveç və Danimarkadan asayiş keşikçiləri tərəfindən təmin ediləcək.
 
Məlum olduğu kimi, Malme və İsveçin digər yaxınlıqda yerləşən şəhərlərində çoxlu sayda əslən Yaxın Şərqdən olanlar yaşayır, ona görə də İsrail ilə HƏMAS arasında münaqişə İsveçdə hamının diqqət mərkəzindədir.
 
"Avroviziya"nın bir həftədən sonra, mayın 7 və 9-da keçiriləcək yarımfinallarına müxtəlif ölkələrdən təxminən 100 min nəfərin gəlişi gözlənilir.
 
Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqı bir neçə dəfə bəyan edib ki, İsraili müsabiqə iştirakçıları sırasından xaric etmək niyyətində deyil, hərçənd, İsveç və digər ölkələrdə Qəzza bölgəsində müharibə və mülki əhali arasında qurbanların sayının artması ilə bağlı belə çağırışlar səsləndirilib.
 
Müsabiqə ərəfəsində İsrail Milli Təhlükəsizlik Şurası Malmedə toplaşacaq ölkə sakinlərinə İsrailin təmsilçisi Eden Qolana dəstək verməyə və bu zaman ehtiyatlı olmağa çağırış edib.
 
Bundan başqa, təhlükəsizlik məqsədilə onlara İsrail bayrağının nümayişindən çəkinmək tövsiyə edilib.
 
Son dərəcə vətənpərvər ovqatlı israilli fanatlar, böyük ehtimalla, buna etinasız yanaşacaq, bu da dünya ictimaiyyətinin İsrailə düşmən münasibətilə bağlıdır. 
 
Müsabiqənin keçirildiyi üç gün ərzində onlar arena zalı, habelə telemənzərəni  İsrailin milli ağ-mavi rənglərinə boyayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
29
Mənbələr
Şərh ()
Bağla