AZ

“Eurovision”da Fələstin bayraqları qadağan edildi


“Avroviziya Mahnı Müsabiqəsi”nin keçiriləcəyi Malmö Arenada Fələstin bayraqları, eləcə də siyasi şüar və simvollar qadağan olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Göteborgs-Posten” qəzeti müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, bayraq, hər hansı digər simvol və ya afişa gətirməyə çalışanlar girişdə dayandırılacaq. Yalnız iştirakçı ölkələrin bayraqlarına icazə verilir. Bu qaydanın yeganə istisnası göy qurşağlı bayrağıdır və əgər o, qeyri-siyasi məqsədlər üçün istifadə olunursa.
Qeyd edilir ki, yarış zamanı Malmödə genişmiqyaslı anti-İsrail etirazları gözlənilir. Təhlükəsizliyi təmin etmək üçün İsveç polisinin əsas qüvvələri Malmöyə göndəriləcək və bu işdə Norveç və Danimarkadan olan hüquq-mühafizə orqanlarının əməkdaşları da onlara kömək edəcəklər.
Mayın 7-də və 9-da yarımfinalları, mayın 11-də isə finalı keçiriləcək “Eurovision”a müxtəlif ölkələrdən 100 minə yaxın insanın gələcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla