AZ

Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"

Pakistan dövləti İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir.

Bunu APA-ya açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

O, Qəzzada münaqişənin aradan qaldırılması üçün beynəlxalq səviyyədə müvafiq sənədin qəbulunu vacib sayıb.

"Fələstində baş verənlər, günahsız insanların, xüsusilə də uşaqların və qadınların ölümü XXI əsrdə bəşəriyyətimiz üçün böyük faciədir. Hərb yolu heç vaxt özü ilə sülhü gətirə bilməz. Müharibə heç bir regiona sabitlik gətirməyib. Hesab edirəm ki, bütün tərəflər olduqca ehtiyatlı və həssas bir şəkildə müharibənin dayandırılması və yaranmış münaqişənin nizamlanması istiqamətində səylər göstərəcək. Pakistan İsrail və Fələstin arasındakı münaqişənin iki dövlət prinsipi əsasında, sülh yolu ilə həllini dəstəkləyir. Hesab edirik ki, Fələstin münaqişəsinin həllini nəzərdə tutan qətnamə qəbul edilmədən bu münaqişənin həlli yolu görünmür. Bu sənəd təkcə Yaxın Şərqə deyil, bütövlükdə planetimizə fayda verə bilər. Bu məsələ öz həllini taparsa, dünya ölkələri regiona gerçək sülhün bərqərarının şahidi ola biləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla