AZ

Gürcüstanın Baş naziri şərtlə ABŞ-a dəvət olundu- Kobaxidze Vaşinqtonun şərtini də, dəvətini də rədd etdi...

Image

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a getməkdən imtina edib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan bəyanat yayıb. 

Səfir, Gürcüstan hökumətinin yüksək vəzifəli şəxslərini ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən sualı müzakirə etmək Vaşinqtona dəvət etdiklərini, gürcü tərəfinin isə bu dəvəti qəbul etmədiyini deyib.

Gürcüstan Xarici İşlər Nazirliyi isə bəyanata yayaraq bildirib ki, Baş nazir ABŞ-a, ölkə parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsini səfərdən əvvəl müvəqqəti olaraq dayandırması şərtilə dəvət olunub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, şərt qoşulmuş səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir.

“Bu gün ABŞ səfirinin Gürcüstan hökumətinin yüksək rütbəli şəxslərinin ABŞ-a dəvət olunması, gürcü tərəfinin isə bundan imtina etməsi haqda bəyanatı dərc olundu. Bununla əlaqədar bildirmək istərdik ki, Gürcüstanın Baş naziri ABŞ-a, Gürcüstanın parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsini səfərdən əvvəl müvəqqəti olaraq dayandırması şərtilə dəvət olunub. Şərt qoşulmuş səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bununla bağlı da ABŞ səfirinə ətraflı izahat verilib” - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

TAHİR





Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla