AZ

Komik aktyor baş nazirlik iddiasında...

Görün Hayastan nə günə qalıb ki, fikrini düzgün ifadə edə bilməyən də bu sevdaya düşüb

"Biz növbəti seçkilərə hazırlaşırıq və partiyamızın qurulması üçün burada hazırlıq işidir".

Ermənistan mediasına istinadən xəbər verilir ki, bu əndirəbadi fikri  İrəvanın keçmiş meri, keçmiş komik aktyor Ayk Marutyan söyləyib. O, özünün qurduğu “Yeni qüvvə” partiyasının təsis qurultayı çərçivəsində jurnalistlərlə söhbətində yalnız özünün başa düşəcəyi fikirlər işlədib. "Proseslər daha sürətlə inkişaf edərsə, xalq hansısa qeyri-adi aksiyalara hazır olduğunu göstərərsə, bütün bunların mərkəzində mütləq bizim siyasi qüvvəmiz dayanacaq”, - deyə o, qeyd edib. Marutyanın deyib ki, onlar bütün formatlarda iştirak edə bilərlər. Ancaq hansı ağılla, hansı üstünlüklə, orasını deməyib.

Görürsünüzmü, baş nazirlik iddiasına düşən komik aktyor hələ öz fikirlərini belə düzgün ifadə edə bilmir. Ənənəvi hay xarakteridir, bacarmasa da, ağlı və intellekti çatmasa da ölkənin baş kürsüsündə oturmaq, hamıya əmr vermək həvəsinə düşüb. Görünür, meydanda özündən başqa dərrakəli bir kimsəni görmür. "Söhbət"inə davam edən bisavad Marutyan yenə belə sarsaqlayıb: “Əlbəttə, biz xalqın təşəbbüsü ilə başlayan bütün hərəkatlara rəhbərlik etməyə hazırıq. Bu, çox vacibdir, çünki siyasi qüvvələrin öz maraqları əsasında yaratdığı hərəkatlar var. Əgər alınmırsa, deməli, xalq bu siyasi qüvvələri istəmir. Proseslər yetişməlidir. 2018-ci ilə çatmağımız uzun çəkdi. 2008-ci ildəki proseslər 2018-ci ilə gətirib çıxardı, yalnız 10 ildən sonra dəyişikliklər oldu. Bizim vəzifəmiz insanlara daim problemlərin olduğunu, bu problemləri necə həll edə biləcəyimizi, liderlik edə biləcəyimizi göstərmək, həmçinin özümüz bəzi hərəkatlara başlamaqdır. Amma hadisələr yetişənə qədər heç nə olmayacaq”, - deyə Marutyan qəribə cümlələr qurub.

İrəvanı iğtişaşların bürüdüyü və kürsü davası getdiyi bir vaxtda ortaya çıxan yeni "liderin" mikroskopik səviyyəsi qurduğu bu anlaşılmaz cümlələrlə üzə çıxır. Hələ utanmadan "biz xalqın təşəbbüsü ilə başlayan bütün hərəkatlara rəhbərlik etməyə hazırıq" deyir. "Hadisələr yetişənə qədər heç nə olmayacaq" deməklə isə komik namizədin nəyi nəzərdə tutduğunu özündən başqa kimsə bilə bilməz. Ölkənin siyasi mühitinə qədəm qoyan "Yeni qüvvə" partiyasının rəhbəri bu gündədirsə, görəsən ona qoşulanlar hansı ağıldadırlar? Digər tərəfdən də düşünürsən ki, bədbəxt Hayastana nə vaxt bir ağıllı-başlı adam rəhbərlik edib ki? Bunların hamısı bir-birinin tayıdır-satqın, saxtakar, iddialı, oğru, rəzil, nökər. Onlar dünyada həmişə belə tanınıblar. Bu epitetləri ermənilərə bəşəriyyətin tanıdığı nəhəng şəxsiyyətlər veriblər. Biz də bilirik ki, hayların hamısının dərdi-azarı torpaqlarımızı işğal etmək olub. Müqayisə etməyə başlasaq görərik ki, beyinləri zəhərlənmiş bu adamların hamısı sağalmaz "erməni xəstəliyi"nin daşıyıcılarıdır. Bunların hamısının əməli "Pariji partladan" bizim cadukuni-məşhur Dərviş Məstəli Şahın acınacaqlı və baməzə əməllərinə oxşayır...

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla