AZ

Boşanmağa hazırlaşan cütlük barışdı - FOTO

Tarix: 3 May 2024 00:35

Müğənni Kardi Bi həyat yoldaşı, reper Offsetdən (Kiari Kendrell Sifus) ayrıldığını elan etdikdən bir neçə ay sonra barışıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, cütlük Nyu-Yorkdakı basketbol matçında paparatsilərin hədəfinə tuş gəlib.
Qeyd edək ki, iki övlad sahibi olan Kardi Bi və Offset 2017-ci ildə ailə qurublar. 2020-ci ilin payızında müğənni boşanmaq üçün müraciət etsə də, lakin sonradan fikrini dəyişmişdi. Keçən ilin dekabrında isə Ofsetin ona xəyanət etdiyi üzə çıxmışdı. Bu hadisədən sonra Kardi reperdən ayrıldığını açıqlamışdı.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla