AZ

Tbilisidə etirazçılar Qəhrəmanlar meydanını bağlayıblar

...Gürcüstanın paytaxtında “xarici agentlər haqqında” (“Xarici təsir haqqında” – red.) qanuna qarşı yenidən irimiqyaslı etiraz aksiyaları başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, fəalların polis tərəfindən ilk həbsləri barədə xəbər verilir.

...Tbilisidə Qəhrəmanlar meydanına izdiham toplaşıb, insanlar hökumət əleyhinə şüarlar səsləndirirlər. Etirazçılar arasında Avropa İttifaqı və Gürcüstan bayraqları olan çoxlu fəallar var. Eyni zamanda sürücülər də etirazçılara qoşulur.

Etirazlar vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıracaq xarici agentlər haqqında qanunun müzakirəsi fonunda davam edir.

Bir gün əvvəl Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib.

Hüquq Məsələləri Komitəsi qanun layihəsinin mətnində heç bir pozuntu aşkar etməyib.

Xatırladaq ki, aprelin 3-də hakim “Gürcü arzusu” partiyasının parlamentə “Xarici agentlər haqqında” qanun təqdim etmək istəyi məlum olub. Daha sonra “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bəyan etdi ki, bu sənəd təşkilatları xaricdən maliyyələşməni dövlətə hesabat verməyə məcbur edəcək.

Nazlı

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla