AZ

“Aston Villa” uduzdu, “Fiorentina” sevindi - Konfrans Liqasında

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə keçirilib və eyni saatda başlayıb.

İngiltərədə yerli “Aston Villa” Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyun gözlənilməz hesabla nəticələnib. Belə ki, “Olimpiakos” Premyer Liqa təmsilçisi üzərində sürpriz qələbəyə sevinib.

Digər yarımfinal görüşü isə İtaliyada “Fiorentina” ilə Belçika təmsilçisi “Brügge” arasında baş tutub. Beş qolluq bu qarşılaşmanın yekununda isə meydan sahibləri qalib gəliblər.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları mayın 9-da keçiriləcək. Final görüşü isə mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
2 may

“Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 2:4
Qollar: Uotkins, 45+1. Diabi, 52 – El Kaabi, 16; 29; 56. Hezze, 67.
Baş hakim: Marko Quida (İtaliya)
Birmingem. “Villa Park” stadionu.

“Fiorentina” (İtaliya) – “Brügge” (Belçika) 3:2
Qollar: Söttil, 5. Belotti, 37. Nzola, 90+1 – Vanaken, 17-pen. Tyaqo, 63.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Florensiya. “Artemio Franki” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
17
Mənbələr
Şərh ()
Bağla