AZ

Braziliyanın cənubunda leysan yağışlar nəticəsində azı 13 nəfər ölüb

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında güclü yağışlar nəticəsində azı 13 nəfər ölüb, 21 nəfər itkin düşüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunub ki, səlahiyyətlilər itkin düşənlərin axtarışı üçün xilasedici helikopterlər göndərib.

Mütəxəssislərin fikrincə, son günlər ştata düşən yağıntının miqdarı ilin bu dövrü üçün iqlim normasını xeyli keçib.

Yağışlar ştatın alçaq mərkəzi vadisində çayları daşırıb. Nəticədə şəhərləri su basıb və körpülər uçub, yollar yarasız vəziyyətə düşüb və torpaq sürüşmələri aktivləşib.

Canudos-do-Vale şəhərinin ştatın qalan hissəsi ilə əlaqəsi kəsilib, evlərdə elektrik və rabitə yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla