AZ

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Bakı. Trend:

Bu ilin payızından İsveçdə bir sıra müəssisələr altı aymüddətinə dördgünlük iş həftəsi və ya əmək haqqının saxlanması yoluilə qısaldılmış iş günü tətbiq edəcəklər.

Trend-inməlumatına görə, təklif “4 Day Week Global” qeyri-kommersiyatəşkilatının nümayəndəsi Anna-Karin Alder tərəfindən irəlisürülüb.

“Hesab edirəm ki, iş həyatında həm işləyə, həm də yaxşıistirahət edə bilməyimiz üçün daha çox vaxt ayrılmalıdır. Bu günxəstələrin sayının artması bir çox hallarda işdə həddindən artıqyorulmaqla əlaqələndirilir”, - o deyib.

Prosesə Stokholm İqtisadiyyat Məktəbinin tədqiqatçısı vəKarlstad Universitetinin müəllimi Lena Lid Falkmanın rəhbərliketdiyi tədqiqat qrupu nəzarət edəcək. Tədqiqatın nəticələri “4 DayWeek Global” təşkilatının Kembric Universiteti və Boston Kolleciilə birlikdə apardığı qlobal araşdırmaya daxil ediləcək.

Məsələ siyasi mübahisələrə səbəb olub və nəticədə SosialDemokratlar tərəfindən iş vaxtının azaldılması ilə bağlı təkliflərverəcək işçi qrupu yaradılıb. Bir neçə həmkarlar ittifaqı yeniqanunvericiliyi alqışlasalar da, İsveçin biznes və sənaye sahəsininnümayəndələri bunun “İsveç iqtisadiyyatı üçün dağıdıcı” olacağınıbildiriblər.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
9
Mənbələr
Şərh ()
Bağla