AZ

NATO Rusiya ilə müharibə istəyir



Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya ilə müharibəyə getmək istəyir ki, bu da ABŞ-ın və ola bilsin ki, Macarıstanın məhvinə səbəb ola bilər. Bu fikri jurnalist Taker Karlson deyib. Cümə axşamı o, öz saytında Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balazs Orbanın müsahibəsini dərc edib.



Macarıstanlı siyasətçinin fikrincə, onun ölkəsi “NATO ilə Rusiya arasında qaynar müharibəyə sürüklənə bilər”. "Bu, mümkün olan ən pis şeydir, heç kim bunu istəmir, amma heç kim bunu dayandıracaq qədər güclü deyil" dedi Orban. Eyni zamanda jurnalist cavabında bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken “açıqcası bunu istəyir”. "NATO-nun rəsmi mövqeyi ondan ibarətdir ki, onlar birbaşa qarşıdurma istəmirlər", - Orban bununla bağlı qeyd edib.

"Ancaq etdikləri hər şey [əksini] göstərir. Onlar Rusiya ilə ABŞ-ı və ola bilsin ki, Macarıstanı da məhv edəcək qaynar müharibə istəyirlər", - Karlson deyib.

Daha əvvəl The Wall Street Journal bəyan etmişdi ki, NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə qonşu üzv ölkələrdən birinə “açıq şəkildə təcavüz edəcəyini” çətin hesab edirlər. 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri Rusiyanı “ən ciddi və təcili təhlükəsizlik təhdidi” adlandırdılar və Rusiya Federasiyası ilə münaqişə vəziyyətində Soyuq Müharibə bitdikdən sonra ilk müdafiə planını təsdiqlədilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla