AZ

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

Braziliyada

Bakı, 3 may, AZƏRTAC

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında daşqınlar nəticəsində azı 30 nəfər ölüb, 60 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Braziliyanın dövlət orqanları məlumat yayıb. Əlverişsiz hava 10 milyona yaxın sakinin yaşadığı ştatın 50 bələdiyyəsinə təsir edib. Yağışlar davam etdiyi üçün 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. 300 mindən çox evin elektrik təchizatı kəsilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
33
Mənbələr
Şərh ()
Bağla