AZ

Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - Polkovnik detalları açıqladı

Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana təhvil verilməsi prosesi hazırda normal gedir. Erməni tərəfi bu məsələdə məsuliyyətli davranmağa çalışır. Qazaxın Xeyrımlı kəndi yaxınlığında yerləşən Ermənistanın Krans adlandırdığı ərazisində prosesə maneə olmağa çalışan şəxslər də bölgədən uzaqlaşdırılıb. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayəti ətrafında delimitasiya və demarkasiya işləri icra edilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan da hər iki tərəfdən razılıq əsasında sərhədçilərin həmin ərazilərə yerləşdiyini bilidirib:

“Öz növbəsində Azərbaycan sərhədçiləri də üzərinə düşən işləri yerdə icra edir. Artıq Dövlət Sərhəd Xidməti tərəfindən ərazidə lazımi infrastrukturun qurulması ilə bağlı işlər görülür. Bütün bunlar prosesin yubanmadan tezliklə aparılacağına inam yaradır”.

Polkovnik hesab edir ki, Qazaxın Ermənistan nəzarətində qalan 3 anklav kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı isə müəyyən problemlərin olacağı hiss olunur:

“Amma proseslərə güc strukturları qarışacaqsa, onun ləngiməsi ehtimalı azdır. Sadəcə olaraq Ermnənistanın bu işləri sona qədər lazımi şəkildə aparması vacibdir. Ərazidə hazırda minatəmizləmə işi aparılır. Minaların tam şəkildə təmizlənməsi də mümkün deyil. Qarşı tərəfə də dəqiq mina xəritələri və formulyarların verilməsi təklif edilib”.

Üzeyir Cəfərov bildirib ki, ərazinin təmizlənməsindən və Dövlət Sərhəd Xidməti təhlükəsizliyi təmin etdikdən sonra sakinlərin yaxın dönəm üçün geri qayıtması mümkün olacaq:

“Ötən günlərdə Paşinyanın verdiyi açıqlamalar isə daha çox Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxarılması ilə bağlıdır. Söhbət 102-ci bazanın, o cümlədən Türkiyə və İran sərhədlərindən rus əsgərlərinin çıxarılmasından gedir”.


Müəllif: Tapdıq Qurbanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla