AZ

Asiya İnkişaf Bankı dayanıqlı satınalma ilə məşğul olmaq üçün potensial yaradır

Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalma ilə məşğul olmaq üçün potensialını gücləndirir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-in baş direktorunun müavini və satınalmalar üzrə baş direktoru Cef Teylor bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-in iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.

“ADB dövlət satınalmaları sistemləri baxımından regionda unikal mövqeyə malikdir”, - o vurğulayıb.

C.Teylor bildirib ki, bank davamlılıq və dayanıqlı satınalma strategiyalarını həyata keçirmək üçün maliyyə resurslarından istifadə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla