AZ

Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən tibbi aksiya təşkil olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reabilitasiya-reinteqrasiya mərkəzində (Sığınacaq) icbari tibbi sığorta çərçivəsində müayinə aksiyası təşkil edilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, gender əsaslı zorakılıq qurbanlarına dəstək göstərən təşkilatın qeydiyyatında olan 14 qadın və 14 uşaq tibbi müayinədən keçib. Müayinəyə kardioloq, ginekoloq, terapevt, oftalmoloq, pediatr və radioloqlar cəlb edilib.

 

Qeyd edək ki, növbəti günlərdə sığınacaqda psixoloq və nevroloq müayinələrinin də təşkil olunması nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla

Reytinq