AZ

Lizinq şirkətinə 1 milyon pul lazımdır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

Lizinq şirkəti "Legion Financial" ASC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir.

Marja.az buraxılışın Emissiya Prospektinə istinadən xəbər verir ki, faizli və təmin edilməmiş istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.

Tədavül müddəti 1800 gün, faiz dərəcəsi illik 15%, faizlərin ödənilməsi periodu 30 gündən birdir. 

Yerləşdirmənin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti"dir.

"Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Lizinq şirkəti 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı. 

"LEGION FINANCIAL" avtomobil lizinqi şirkətidir.

avtomobil lizinqi Legion

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla