AZ

Artıq iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət və satınalmalar arasında müəyyən sinerji mövcuddur - Noel O'Brayen

Tbilisi. Trend:

Artıq iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət vəsatınalmalar arasında müəyyən sinerji mövcuddur.

Trend xəbərverir ki, bu barədə AİB-in İqlim Dəyişmələri və Dayanıqlı İnkişafDepartamentinin İqlim Dəyişmələri üzrə direktoru Noel O'BrayenTbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən"Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrininyüngülləşdirilməsi və onlara adaptasiya üzrə hədəflərinin əldəolunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

"Artıq müəyyən sinerji mövcuddur və bizim nöqteyi-nəzərimizdənpotensial böyükdür. Daha önəmlisi, satınalmalara bu cür yanaşmasistem səviyyəsində dəyişikliklərin öhdəsindən gəlməyimizə imkanverir. Beləliklə, satınalma qərarları bu cür hədəflərə uyğunolduqda, dəyişikliklərə təkan vermək, eləcə də, təchizat zəncirindəinnovasiyalara imkan yaratmaq potensialına malik olur.

Fikrimcə, biz artıq maliyyə nazirliklərinin dövlətsatınalmalarında oynaya biləcəyi rola dair çox geniş təsəvvürəmalikik. AİB artıq təşəbbüs irəli sürüb və biz bu təşəbbüsçərçivəsində fəaliyyətimizi iqlim sahəsində fəaliyyət üzrə maliyyənazirlərinin qlobal koalisiyası ilə razılaşdırırıq. Biz bir sıraregional şəbəkələrlə də çalışırıq, çünki bunu bu dəyişikliklərənail olmaq üçün mühüm yanaşma hesab edirik.

Bu yaxınlarda Asiya-Sakit Okean regionu üzrə iqlim dəyişikliyinədayanıqlılığın təmin olunması üçün maliyyə mexanizmini işə saldıq.Bu, maliyyə nazirliklərinin aşağı tullantı səviyyəsinə malik vəiqlim dəyişikliyinə dayanıqlı inkişafın maliyyələşdirməningenişləndirilməsi və razılaşdırılması üzrə potensialınımöhkəmləndirməyə yönəlib.

Bu yaxınlarda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının(ASEAN) Maliyyə Nazirləri Assosiasiyası ilə konkret siyasi sazişimzaladıq və bu prosesin digər regionlara, o cümlədən,Mərkəzi-Qərbi Asiya, eləcə də, Sakit okean və Cənubi Asiyaregionlarına yayılmasını səbirsizliklə gözləyirik", - deyə o əlavəedib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
Mənbələr
Şərh ()
Bağla