AZ

Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilədək 17 min nəfərə qədər artacaq

Bakı. Trend:

Kəlbəcər şəhərinin işğala qədərki (1969-cu ildə tərtib edilən)son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfərtəşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğunolaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxınərazi, 17000 nəfər əhali).

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilənməlumata görə, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli vəinzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayışevlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bununda böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-iisə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təminolunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası(520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi(150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlifictimai-iaşə obyektləri və idman meydançalarının tikintisiplanlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarətolacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçünyaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digərşəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşınadüşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərindəbu göstərici 33 m² təşkil edəcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
12
Mənbələr
Şərh ()
Bağla