AZ

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

Kulis.az Furqanın"Potaş"hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Gülünün

İlham Əziz:

"Furqan yaxşı mövzular işləyir. Ancaq ifadə forması zəifdir. Ədəbiyyat dilin elit və estetik qatlarında yarananda gözəl olur. Hekayə elə bir janrdır ki, yazmağı öyrənmək olur, öyrətmək olmur. Furqan da gözəl ifadə formasını özü tapmalıdır. Bu da mütaliə əsaslı məsələdir. Uğur olsun!"

Orxan Cuvarlı:

"Furqanın tapdığı mövzular mənə həmişə maraqlı gəlib. Hiss olunur ki, Furqan bu mövzuları xüsusi cəhd göstərmədən, baş sındırmadan tapır. Əvvəlki hekayələrinə bənzər havadadır bu hekayə də. Furqanın nəsrində bəyənmədiyim şey tələsik təhkiyədir. Mətnin başından sonunadək hiss edirsən ki, müəllif demək istədiyi söz üçün tələsir, oxucunu da daim tikan üstündə saxlayır. Furqan hövsələsini basıb ideyası, məzmunu fərqli, maraqlı olan bu hekayələri daha arxayın yaza bilər. Ona yazıçı təmkini arzulayıram".

Dərmansız

Təvəkkül Boysunar:

"Furqanın ağacı canlandırmaq cəhdi təqdirəlayiqdir. Amma məncə, uğurlu alınmayıb. Yəni ağac tam da canlanmayıb, onun dönər yemək arzusu mənə inandırıcı gəlmədi. Başqa bir çox şeylərdə də bu inandırıcılıq dozası, məncə, aşağı idi. Uğur arzu edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla