AZ

"Prezidentin çıxışı insan haqlarının unudulan bəyannaməsi oldu" - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlumdur ki, Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Mərasimdə cənab Prezident İlham Əliyev çıxış edib. Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi, həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət mövzusunda təşkil olunan bu mötəbər tədbirə ev sahibliyi etmək dövlətimiz üçün olduqca əhəmiyyətlidir. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulub. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də nəzərdə tutulub. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçiriləcəyi də müəyyənləşdirilib. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. 2008 – ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Bugünə kimi forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və müxtəlif institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Cənab prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Formundakı çıxışı beynəlxalq siyasətdə özünü demokratiya carçısı kimi təqdim edənlərin əsil üzünü ortaya qoydu. Uzun illər ikilli standartlardan, riyakar qlobal siyasətdən əziyyət çəkən, əzilən xalqların mübarizəsindən bəhs edən ölkə başçısının bu çıxışı beynəlxalq dəyərlərin, insan haqqlarının unudulan bəyənnaməsi oldu”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla