AZ

Avtobus drəyə aşdı – 20 ölü, 20 yaralı

Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 20 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Geo TV polisə  istinadən məlumat yayıb.

Avtobus Ravalpindidən Gilgitə gedirmiş və qəza cümə günü səhər saat 5:30 radələrində baş verib. Polis nümayəndəsi qeyd edib ki, qəza Çilas şəhərindən 20 kilometr aralıda baş verib, ilkin məlumatlara görə, avtobus həddindən artıq sürət səbəbindən dərəyə düşüb.

Polis komissarının müavini Fəyyaz Əhməd Geo News-a bildirib ki, xəsarət alan ən azı beş sərnişinin vəziyyəti ağırdır.

Qəzanın baş verdiyi ərazidə ordu helikopterlərinin də iştirak etdiyi xilasetmə əməliyyatı başa çatıb.

Pakistanın baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib. Baş nazir zərərçəkənlərə hər cür tibbi yardımın göstərilməsi ilə bağlı aidiyyatı qurumlara da göstəriş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla