AZ

“Sabah”ın kapitanı: “Onların qalib gəlməsini istəyirdik ki, revanş alaq”

“Xırdalan”ın yarımfinala yüksəlməsinin sürpriz olduğunu deyə bilmərəm”.

Bunu İdman.bizə müsahibəsində “Sabah”ın basketbolçusu Endər Poladxanlı deyib.

Kapitan “Neftçi”ni məğlub edərək yarımfinalda onlara rəqib olan “Xırdalan” haqqında danışıb. O bildirib ki, oyun çətin olacaq: “Xırdalan” yaxşı komandadır. Güclü rəqibdir. “Neftçi”yə qarşı başa-baş oyun olacağı gözlənilirdi. Seriyada 2:0 hesabı olacağını təxmin edə bilməzdim. Fikirləşirdim ki, 2:1 hesabı qeydə alınar. “Xırdalan”ı gözəl oyuna görə təbrik etmək istəyirəm. Yarımfinalda bizə heç də asan olmayacaq. İnanıram ki, bizi maraqlı yarımfinal oyunu gözləyir”.

Poladxanlının sözlərinə görə, onlar üçün rəqibin kim olmasının heç bir fərqi yoxdur: “Bizim üçün rəqibin kim olması fərq etmir. İkisi də çox güclü rəqibdir. Sadəcə gözləyirdik, kim udacaqsa, ona uyğun hazırlıq edək. “Neftçi” bizi müntəzəm çempionatda 2 dəfə məğlub edib. Bir tərəfdən onların qalib gəlməsini istəyirdik ki, revanş alaq. Heç asan olmayacaq. Yarımfinalda kiminsə asan qalib gələ biləcəyini düşünmürəm. Amma bizim hədəfimiz ancaq və ancaq çempionluqdur. Təəssüflər olsun ki, kuboku qazana bilmədik. Bütün diqqətimizi liqada qalib olmağa yönləndirmişik”.

Qeyd edək ki, “Sabah”la “Xırdalan” arasında ilk yarımfinal matçı mayın 7-də keçiriləcək.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla