AZ

Xəstəliyə görə karyerasına son qoyacağı bildirilirdi, amma ... - FOTO

Avstraliyalı aktyor Kris Hemsvortun karyerasını bitirdiyi ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun "Altsheymer" xəstəliyi ilə bağlı açıqlaması olub.

Belə ki, Kris çıxışlarından birində genetik olaraq bu xəstəliyə meylli olduğunu bildirib. Bu da aktyorun karyerasına son qoyacağı xəbərlərinin yayılmasına səbəb olub.

Kris verdiyi açıqlamada haqqında yayılan məlumatların şayiə olduğunu deyib.

"Haqqımda çıxan xəbərlər məni çox əsəbiləşdirdi. Çünki çox şəxsi bir məsələ idi və mən özümü müdafiəsiz qalmış kimi hiss etdim. Məqsədim bu barədə sadəcə məlumat vermək idi".

Xatırladaq ki, Kris 2010-cu ildə model Elsa Pataky ilə ailə qurub. Onun 3 övladı var. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla