AZ

Zəlzələdə həyatını itirsə də, klub 400 minini ödəmir

Türkiyə klubu “Yeni Malatyaspor” 2023-cü ildə baş verən zəlzədə həyatını itirən futbolçusu Ahmet Eyüp Türkaslanın borclarını ödəmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın keçmiş prezidenti Ahmet Özköse məlumat verib. 

O bildirib ki, A.E.Türkaslana olan 400 min lirəlik borc hələ də qalmaqdadır. 

Sabiq klub rəsmisi bunda hazırkı klub prezidenti Adil Gevreki günahlandırıb. A.Özköse açıqlamasında klub rəhbərini istefaya çağırıb: “Mənim ən çox üzüldüyüm şey odur ki, zəlzələdə həyatını itirən qapıçımız Ahmetin pulu ödənmir. Zəlzədən sonra həmin pulu ödəmək haqqında qərar aldıq. Daha sonra bir hesab yaratdıq və Ahmetə göndərilməsi üçün pul toplamağa başladıq. Təxminən 6 milyon lirə yığıldı. İndi maliyyə işlərinə cavabdeh adamdan bunu soruşanda deyir ki, həmin pullar A.Gevrekin kassasındadır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
Mənbələr
Şərh ()
Bağla