AZ

Suqovuşan su anbarına balıq körpələri buraxıldı

Bakı. Trend:

Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbətidəfə balıq körpələri buraxılıb.

Bu barədə Trend-ə Ekologiyavə Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd Qarabağ və Şərqi Zəngəzur ərazisindəekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıqpopulyasiyasının artırılmasına töhfə verməkdir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevaqeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallarnazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polisİdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik QızılağacBalıqartırma Təsərrüfatında yetişdirilən 20 000 ədəd çəkikimi balıqkörpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasınadəstək göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
22
Mənbələr
Şərh ()
Bağla