AZ

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür".

Lent.az-ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdən birində müğənni Mətanət Əsədova səsləndirib.

"Bunları kim edirsə, o şəxsi tanıyıram. Sənət cameəsindəndir. Məni toylardan "vurdurur". Üzümə gülüb can-can deyir. Amma bilmir ki, mənə etdiklərinin hamısını bilirəm. Mən hər şey çox gözəl bilirəm", - o bildirib.

Müğənni ona saxta profillərdən təhqir yazanlara xəbərdarlıq edərək, belə iş görənlərin cəzasız qalmadığını vurğulayıb.

"Bu hadisə çoxdan olub. O şəxs uşaq idi. 19-20 yaşı vardı. Onun üzünə baxanda əxlaqdan və tərbiyədən başqa nə desən vardı. O haqqımda sosial şəbəkələrdən paylaşımlar edərək şərh bölməsinə "Mən Mətanəti tanıyıram. Mən Mətanətin filankəsini tanıyıram...". Söyüşün biri bir qəpik. Necə təhqirlər yazmışdı. Ona 10 dəqiqə vaxtımı ayırdım. Hüquq-mühafizə orqanları onu tapdılar. 6 ay həbsdə yatdı. Bunu ona etdirən adamın adını da çəkdi. Öz sənət yoldaşım imiş", - deyə əlavə edib.


BiG.Az
Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla