AZ

Fransa və Yaponiya strateji əlaqələrini gücləndirir

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Yaponiyanın baş naziri Fumio Kişidanı qəbul edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən bildirir ki, bununla bağlı Yelisey Sarayı açıqlama yayıb.

Açıqlamaya görə, görüş hər iki ölkənin münasibətlərində dönüş nöqtəsi olacaq. 

Belə ki, hər iki lider Hind-Sakit Okeanın beynəlxalq hüquqa əsaslanan azad və açıq region olaraq qalmasını təmin etmək üçün əməkdaşlığı gücləndirmək barədə qərar qəbul ediblər. 

Tərəflər həmçinin Fransa Silahlı Qüvvələri ilə Yaponiyanın özünümüdafiə qüvvələri arasında əməkdaşlığın artırılmasına yönəlmiş sazişin həyata keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa, görüşdə kritik metallar sahəsində əməkdaşlığa dair Fransa-Yaponiya Niyyət Bəyannaməsi qəbul edilib.

Bildirilib ki, bəyannamə əsas resursların tədarükünü və davamlı istifadəsini təşviq etmək məqsədi daşıyır.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla