AZ

Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlir 10 dəfə azalıb

Cari ilin birinci rübü ərzində Azərbaycan xarici ölkələrə 114 ton neft bitumu satıb.

Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 28 min ABŞ dolları olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 587 ton (6.1 dəfə), dəyər ifadəsi ilə 199 min ABŞ dolları (10,4 dəfə) azdır. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 701 ton miqdarında, 220 min ABŞ dolları dəyərində neft bitumu satıb.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla