AZ

Ərdoğan İsraillə ticarətin bitdiyini AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını və həcminin 9,5 milyard dollara çatan ticarət dövriyyəsini dayandırdığını bildirib.

Redaktor.az xəbər verir ki, Türkiyə lideri bunu jurnalistlərlə söhbətində deyib.

"İsrail ilə Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq bunu sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçmək məcburiyyətində qaldıq və lazım olan addımı atdıq. Ticarət dövriyyəmiz var idi. 9,5 milyard dollar, indi biz bunu dayandırdıq”, - deyə Ərdoğan bildirib.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
10
Mənbələr
Şərh ()
Bağla