AZ

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,3 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 % çoxdur.  Bəs hotellərin qiymətinin bu qədər qalxması nə ilə əlaqəlidir?
 
Valyuta.az mövzunu turizm eksperti Rəhman Quliyev ilə müzakirə edib. O, deyib ki, istər paytaxtda, istərsə də, regionlarda fəaliyyət göstərən hotellər fərdi şəkildə öz qiymət siyasətlərini müəyyənləşdirirlər:

“Beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda da əlamətdar günlərdə xüsusi tədbirlər keçirildiyi zamanlarda hotellərin sıxlığına görə qiymət siyasəti yürüdürlər. Beynəlxalq tədbirlərin keçirilməsi hotellərin qiymətlərinin qalxmasının əsas səbəbidir. Hotellərin doluluq səviyyəsinə görə qiymətlərin qalxması normal haldır. Hazırda hotellər booking.com kimi platformaları, turizm şirkətləri vasitəsilə satış həyata keçirirlər. Platformalarda hotellərin qiymətlərinin qalxması beynəlxalq tədbirlərin, xüsusilə də, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə birbaşa bağlıdır. Hazırda paytaxtdakı hotellərin doluluq səviyyəsi yüksəkdir. Bakı ilə yanaşı Qarabağ bölgəsində, xüsusilə də, Şuşada tədbirlərin keçirilməsi hotellərin fəaliyyətinə müsbət təsir edir. Orada yerləşən hotellərin demək olar ki, 80 faizi doludur”. 

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla