AZ

Britaniya Ukraynaya 100 illik tərəfdaşlıq təklif edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukrayna ilə “yüz illik tərəfdaşlıq” mövzusunda danışıqlara başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfirliyindən bildiriblər.

Məlumata görə, Kemeron bu təklifi mayın 2-də Kiyevə elan olunmamış səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə səsləndirib.

“Yeni saziş ölkələrimiz arasında ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və s. sahələrdə əlaqələrin tam spektri üzrə güclü əlaqələr yaradacaq”, – açıqlamada bildirilir.

Zelenski ilə danışıqlar zamanı Kemeron qeyd edib ki, Ukrayna Rusiyanın cinayətkar işğalına qarşı özünü cəsarətlə müdafiə edir. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün çəkəcəyini düşündüyü müharibə illərlə uzanıb.

“Ancaq bu müharibə bizim üçün də çağırışdır və Ukrayna bununla təkbaşına mübarizə aparmamalıdır”, – Britaniya XİN başçısı deyib.

Azpost.info

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla