AZ

Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq

Azərbaycan

“Tavuş bölgəsində baş verən proseslər sərhəd dəyişikliyi deyil, dövlət sərhədinin bərpası və yerinin müəyyənləşdirilməsini nəzərdə tutur”.

Reyting.az
xəbər bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Rüstəm Bakoyan deyib.

“Ermənistan və Azərbaycan rəsmi olaraq delimitasiya və demarkasiya prosesi həyata keçirirlər ki, onun kartoqrafik əsası SSRİ dövründən qalma hüquqi əsaslara malik ən son topoqrafik xəritələrdir. Ermənistanın dövlət sərhədinin müəyyən edilməsi üçün əsas olan beynəlxalq müqavilələr 1991-ci il Almata Bəyannaməsi və Minsk razılaşmasıdır. Sərhədin demarkasiyası komissiyalarının aprelin 19-da əldə etdiyi ikitərəfli razılaşmaya əsasən, sərhədin tənzimlənməsi üzrə işlərə Tavuş vilayətinin “ayrı-ayrı hissələrindən” başlanılıb. Ermənistan-Azərbaycan dövlət sərhədinin digər hissələrində demarkasiya prosesinin qaydası razılaşdırılacaq”,- deyə deputat əlavə edib.



Onun sözlərinə görə, Ermənistanın Tavuş bölgəsində quraşdırılan sərhəd sütunları delimitasiya və demarkasiya prosesinin hüquqi zərurətini təsdiq edir və sülhün bərqərar olma imperativini təkrarlayır.Deputat, həmçinin polisin gördüyü tədbirlərin qanunauyğun olduğunu qeyd edib, eyni zamanda, əhalini müxalifətin təxribatlarına uymamağa çağırıb.

“Proseslər iki ölkənin dövlət sərhədinin demarkasiyası, Ermənistan Respublikasının sərhəd təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, sərhəd təhlükəsizliyi risklərinin azaldılması və ayrılmaz insan hüququ kimi sülhün bərqərar olması məqsədi ilə həyata keçirilir”, - R. Bakoyan vurğulayıb.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla