AZ

“Bu, rəsmi olmayan siyahıdır, real deyil” –ABŞ səfiri anti-Azərbaycan layihəsi haqqında

“Bu, Konqresdən gələn rəsmi olmayan siyahıdır və mən bu barədə şərh verə bilmərəm”. 

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirli Mark Libbi bir qrup konqresmenin Nümayəndələr Palatasına Azərbaycanla bağlı təqdim etdiyi sanksiya layihəsini Azadlıq Radiosuna şərh edərkən deyib.

Səfir isə deyib ki, Konqresə verilən layihənin mahiyyətini şərh etməyin mənası yoxdur: “Bəzi adlar çıxa, bəziləri əlavə oluna bilər. Bu insanların hər biri haqqında məlumatım yoxdur və bu, qəti siyahı deyil. Bu ideyadır, hələ real deyil”, –o əlavə edib.

Xatıradaq ki, konqresmen Dina Titusun başçılığı ilə hazırlanan bu qərəzli layihə ABŞ-ın erməni dairələrinin təsiri ortaya çıxıb.  Layihə Azərbaycan ictimai rəyində mənfi qarşılanıb. Ölkənin ictimai-siyasi xadimləri bu cəhdi pisləyiblər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
45
Mənbələr
Şərh ()
Bağla