AZ

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, kubokları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov və Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.

Suqovuşanda start götürən “Prezident Kuboku 2024” reqatasında 21 ölkə arasından akademik avarçəkmə üzrə kubokun sahibi Özbəkistan, kayak və kanoe üzrə isə Gürcüstan olub.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, reqatada Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla