AZ

Ançelotti “Bayern”lə cavab matçına bu qapıçını buraxacaq

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqası yarımfinalında “Bayern”lə cavab oyununda meydana çıxacaq qapıçının adını açıqlayıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə açıqlamasını təqdim edir:

“Kurtua Çempionlar Liqasının finalında oynaya bilərmi? Yaxşı, indi diqqətimizi çərşənbə günü keçiriləcək oyuna yönəltmişik. Bu, bizim üçün finaldır. Lunin çərşənbə günü də oynayacaq. Sonra nə olacağını görəcəyik”, deyə Ançelotti azarkeşləri intizarda saxlayıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” və “Bayern” arasında keçiriləcək cavab oyunu mayın 8-i çərşənbə günü Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesabılı heç-heçə başa çatıb. Həmin oyunda “qaymaqlılar”ın qapısını ukraynalı qapıçı Andrey Lunin qoruyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla