AZ

Salome Zurabişvili Şarl Mişellə telefon danışığı aparıb

Gürcüstan prezidenti Salome Zurabişvili ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ölkədə baş verən hadisələrlə bağlı telefon danışığı aparıb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, Prezident administrasiyasının məlumatına görə, Salome Zurabişvili vurğulayıb ki, heç kim Gürcüstanın Avropa üçün əhəmiyyət kəsb edən Avropa yoluna mane ola bilməz.

“Avropa Şurasının prezidenti ilə uzun sürən telefon danışığı zamanı Gürcüstan prezidenti ölkədə baş verən hadisələri, Gürcüstanın Avropaya inteqrasiyasını və buna mane olan amilləri, məsələn, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə edib. Parlament çoxluğu, bu qanun layihəsinə iki həftə davam edən ictimai etiraz, ölkənin Avropaya inteqrasiyası yolunda Gürcüstanın tərəfdaşlarına və dostlarına dəstək verilməsinin vacibliyi müzakirə olunub”, - prezident administrasiyasının məlumatında deyilir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
7
Mənbələr
Şərh ()
Bağla