AZ

Robotlar yarışında ikinci yeri Azərbaycan məktəblisi tutdu

Neftçalanın rayonun Qırmızıkənd kəndində doğulmuş və hazırda kimya-biologiya təmayüllü litseydə təhsil alan Kainat Ağazadə Avropa İttifaqı tərəfindən maliyyələşən və dünyanın ən böyük robot yarışması "İnternational Robotex"in yarımfinalına çıxmaqla 2-ci yerə layiq görülüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, robot yarışası bu dəfə Türkiyənin Antaliya şəhərində baş tutub.

Qeyd edək ki, bu yarışmada məktəbəqədər yaşdan ali məktəblərdə təhsil alan tələbələrə qədər hər kəs iştirak edə bilər. Yarışa qoşulanlar 2 əsas, 19 alt kateqoriyada öz istedadlarını nümayiş etdirmək imkanı qazanırlar.

İştirakçılar ixtira etdikləri robotları yarışdırmaqla yanaşı, həm də startaplarını təqdim edirlər. Bu isə onlara dünyanın ən məşhur sahibkarlarının, mühəndislərinin, investorlarının diqqətini cəlb etmək imkanı verir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla