AZ

Eyforiya? Yox! Həyəcan? Yox! – Bəs nə?

“Hansısa eyforiyadan, təzyiqdən, ya da həyəcandan söhbət gedə bilməz.

Onsuz da, qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmamışdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Aydın Bayramov deyib.

Dördüncü dövrəyə möhtəşəm start verərək 3 oyunda 7 xal qazanmağı bacaran bölgə təmsilçisi avrokubok mübarizəsinə qoşulmuşdu.

Təqvim əlverişli idi. Ardıcıl 3 matçda əsas rəqiblərlə görüşləri ud (“Sumqayıt”, “Neftçi” və “Zirə”) və üst pillələrdəki yerini bərkit.

“Turan Tovuz” bunu bacarmadı. Doğma meydanda “Sumqayıt”a 1:4 hesabi ilə uduzan tovuzlular Bakıda “Neftçi” önündə darmadağın oldu – 0:3. Bununla da avrokuboklara vəsiqə şansı yox dərəcədə çətinləşdi.

Bayramov vəziyyətin bu cür alınmasına əsas səbəb kimi futbolçuların arxayınlaşmasını və ya həyəcanlanmasını yox, itkiləri göstərib:

“Əlimizə yaxşı şans düşmüşdü. Sadəcə, oyunlarımız istədiyimiz kimi alınmadı.

Bunun başlıca səbəbi də hər matçda itkilərlə çıxmağımız idi. “Sumqayıt” və “Neftçi”ylə görüşlərdə vərəqə cəzalısı, eləcə də zədəli olduqlarına görə çox sayda futbolçular komandaya kömək edə bilmədilər. Hər oyunda da itirə-itirə gedirik.

Bundan sonra bacardığımızın ən yaxşısını edəcəyik ki, mövsümü üst pillələrin birində başa vuraq”.

32 turdan sonra aktivində 42 xal olan “Turan Tovuz” eyni sayda xala sahib “Səbail”lə 6-7-ci yerləri bölüşür.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla