AZ

Qəzzaya havadan atılan yardımın paraşütləri açılmayıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlər açılmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal yazılı açıqlama verib.

Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Mətbuat katibi Basal ölən və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə heç bir məlumat verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla