AZ

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Təqsirləndirilən şəxslər qorxaqlıq nümayiş etdirərək düşməndən qaçıblar”, – tribunalın qərarında deyilir.

11 təqsirləndirilən qrupa daxil olan daha 3 sıravi isə bəraət alıb.

Səkkiz əsgərin hamısı “23 Mart Hərəkatı” (M23) qrupunun üsyançılarına qarşı durmaq əmri verildiyi Qoma bölgəsində cəbhə xəttində olub. Məhkəmə müəyyən edib ki, onlar əmrləri pozaraq vəzifələrindən yayınıblar.

Xatırladaq ki, mart ayında KDR 20 ildən artıqdır mövcud olan ölüm cəzasına moratoriumu ləğv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
Mənbələr
Şərh ()
Bağla